Available courses

Course Image Xarici Dil 1

Bu fənn həftədə 18 saat olmaqla 2 semestr üçün nəzərdə tutulmuşdur. Bir semestr üçün cəmi 273 saat nəzərdə tututulmuşdur. Bu kursun məqsədi tələbələrdə 4 əsas istiqamət sayılan  oxu və yazı, dinləmə taktikalarını və nitq bacarıqlarını təkmilləşdirməkdir. Kurs orijinal materialların köməyi ilə qrammatik strukturların düzgün tədrisi və söz ehtiyyatının artırılmasına yönələrək, tələbələrə öyrəndikləri bütün bacarıqları nitqdə və yazıda istifadə etməyə imkan yaradır.


Bu fənn həftədə 18 saat olmaqla 2 semestr üçün nəzərdə tutulmuşdur. Bir semestr üçün cəmi 273 saat nəzərdə tututulmuşdur. Bu kursun məqsədi tələbələrdə 4 əsas istiqamət sayılan  oxu və yazı, dinləmə taktikalarını və nitq bacarıqlarını təkmilləşdirməkdir. Kurs orijinal materialların köməyi ilə qrammatik strukturların düzgün tədrisi və söz ehtiyyatının artırılmasına yönələrək, tələbələrə öyrəndikləri bütün bacarıqları nitqdə və yazıda istifadə etməyə imkan yaradır.


 Alman dilini ikinci xarici dil kimi öyrənən tələbə fonetika, grammatika və leksika sahələrində qayda-qanunlarla tanış olmalı, yazı və oxu vərdişləri sayəsində bu dildən ünsiyyət vasitəsi kimi istifadə etməyi bacarmalıdır;

Yiyələndiyi leksik minimumda olan aktiv lüğət fondu sayəsində konkret mövzu ətrafında söhbət qura bilməsi tələbənin ən əsas vəzifəsidir;

Belə ki, o alman dilini təkcə fonetik, qrammatik cəhətdən öyrənmir, tədris prosesi ərzində aktual mətnlər vasitəsilə alman xalqının tarixi, ədəbiyyatı, mədəniyyəti və adət-ənənələri ilə də tanış olur.


Bu fənn Lahiyə təklifinin hazırlanması, layihə üzrə problemin qoyuluşu, onun təsviri, layihənin məqsədi, vəzifələri, layihə çərçivəsində benefisiarların məyyən edilməsi, coğrafi ərazilərin qeyd olunması, fəaliyyətlərin həyata keçirilməsi metodları, iş (fəaliyyət) planın tərtibi, layihənin monitorinq və qiymətləndirilməsi, layihənin davamlılığının təmin olunması, büdcənin tərtibi, layihə üçün donorların axtarılması, layihəyə ictimaiyyətin diqqətinin cəlb edilməsi məqsədi ilə KİV-lərlə işin təşkili,  lahiyənin icrası üçün mütəxəssislər qrupunun formalaşması və s. kimi sahələri əhatə edir.


Bu fənn həftədə 2 saat olmaqla 2 semestr üçün nəzərdə tutulmuşdur. Payız semestri üçün cəmi 60saat, yaz semestri üçün 45 saat nəzərdə tutulmuşdur. Praktik laborator dərsdir. Tərcümə ixtisasının ikinci kursunda tədris olunur.


Course Image Sosial İşə Giriş

Bu fənn tələbələrə sosial iş haqqında ümumi məlumatı, sosial  işin predmeti, sosial işçilərin rolları, müxtəlif fəaliyyət sahələrində, məsələn, valideyn himayəsindən məhrum olmuş uşaqlar, əlilliyi olan insanlarla və qanunla münaqişədə olan insanlar, o cümlədən zorakılığa məruz qalmış insanlarla sosial iş qaydalarını əhatə edir və iş fəaliyyəti zamanı sosial işçiyə lazım olan professional sosial iş münasibətlərinin qurulması qaydaları, etik dəyər və prinsiplərlə tanış edir.


“XVIII əsr Amerika ədəbiyyatı” fənni XVIII əsrdə Amerikada yaranaraq inkişaf edən ədəbi prosesi, ədəbi prosesin ümumi inkişaf meyllərini əhatə edir. Burada amerikan romantizminin xüsusiyyətləri, onun görkəmli nümayəndlərinin həyat və yaradıcılığı, dünya ədəbiyyatına verdikləri töhfələr öz əksini tapır. Bu fənn tələbələrdə Amerika ədəbiyyatının romantizm dövrünü əhatə edən bilikləri aşılayır.


Course Image Psixi Sağlamlıq
Bu fənnin tədrisində tələbələr psixi sağlamlıqla bağlı ümumi məlumat əldə etmiş, eləcə də psixi pozğunluqlar, nozoloji vahidlərlə bağlı bir sıra məsələlərlə yaxından tanış olacaqlar. Bu fənn psixikanın sağlam və patoloji aspektlərini əhatə edir. Sosial işin təcrübəsi sahəsində isə bu fənnin tədrisi sosial işdə rast gələ biləcək müxtəlif psixoloji variasiyalara sosial işçinin hazırlanması kimi mövzuları özünə daxil edir.